SON XƏBƏRLƏR

AzeriNews TV

27 Aralık 2016 Salı

Bakının mərkəzində təhlükəli vəziyyət: Qatar avtomobillərin üzərinə sürdü - VİDEO

Bakının mərkəzində təhlükəli vəziyyət: Qatar avtomobillərin üzərinə sürdü - VİDEOBakının mərkəzində təhlükəli vəziyyət hökm sürür.
AZERINEWS TV criminal.az-a istinadən xəbər verir ki, Neftçilər prospektində, ''PortBaku'' ilə üzbəüz avtomobillərin intensiv hərəkətdə olduğu yoldan dəmir yolu xətti keçir. Günün müxtəlf saatlarında həmin yoldan qatarlar hərəkət edir. Lakin həmin yolda nə tənzimləyici, nə də işıqfor var. Qatar keçən zaman tənzimləyici olmadan sürücülər özlərini təhlükəyə atmaqdan çəkinməyərək sürətlə qatarın qarşısından keçərək yollarına davam edirlər.
Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlamasında bildirdi ki, həmin yolda bir müddət əvvəl ağır qəza olmuşdu. Məhz bundan sonra yolda işıqfor qoyuldu. Bölmə rəisinin sözlərinə görə, həmin əraziyə baxış keçiriləndən sonra dəqiq fikir söyləmək və nəticəyə gəlmək mümkündür.

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes