Qadın bu sözlərdən nə heyrətlənib, nə də qorxub
Polisə uşaq alveri barədə məlumat daxil olduğu zaman hüquq mühafizəçiləri dərhal göstərilən ünvana yollanıblar.
Evdə Keti adlı qadın yaşayıb. O, qapını açan zaman bu sözləri eşidib: “Uşaq alveri ilə məşğul olduğunuz barədə şikayət daxil olub”. Lakin qadın bu sözlərdən nə heyrətlənib, nə də qorxub.
Keti polisi evə dəvət edib və gəlinciklərdən birini ona göstərib. Qadın gəlincikləri vinildən hazırlayır, bu səbəbdən xarici görünüşcə əsl uşaqlara bənzəyirlər. O, bunun ailə işi, özülüyündə bir ənənə olduğunu söyləyib. Ailə hətta “Bunny Bundles Reborns” adlı şirkətə sahibdir.
Qadının sözlərinə əsasən, bu gəlinciklərdən müalicə və Altsaymer, demensiya və digər xəstəliklərdən əziyyət çəkən insanlarla aparılan işdə istifadə edilir.
Yorum Gönder