İspaniyanın Valensiya muxtariyyətinin parlamentindəki bütün partiyalar mühüm bir təşəbbüsə imza ataraq, sionist İsrail rejiminə qarşı boykot qərarını qəbul ediblər.
AzeriNews TV Deyerler.org'a istinadən xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin xəbərinə əsasən, Valensiya parlamentindəki partiyalar işğal olunmuş Fələstin torpaqlarındakı investisiyaların çıxarılması və sionist İsrail rejiminə boykot qərarını qəbul ediblər.
Həmin partiyalar öz müqəddəratını təyinetmə, azadlıq, torpaq və təbii sərvətlərindən istifadə etmək hüququ və Fələstinin işğalının dayandırılması kimi, Fələstin xalqının hüquqlarına dəstək verilməsini istəyiblər.
Valensiya parlamenti bu bölgədəki bütün qurumlardan sionist İsrail rejimini boykot etmək və işğal altındakı Fələstin torpaqlarında investisiya qoymamaq barədə qərarına tabe olmalarını istəyib.
İspaniyada sionist İsrail rejimini boykot edən şəhərlərin sayı 60-a yüksəlib.
Yorum Gönder