SON XƏBƏRLƏR

AzeriNews TV

30 Aralık 2016 Cuma

Qarabağda irimiqyaslı müharibə olacaq - ABŞ-ın proqnozu

Qarabağda irimiqyaslı müharibə olacaq - ABŞ-ın proqnozuABŞ-ın nüfuzlu strateji beyin mərkəzlərindən biri 2017-ci ildə Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibə olacağı barədə proqnoz verib.
"Foreign Affairs" jurnalını dərc edən Beynəlxalq Münasibətlər üzrə Şura CFR-in himayəsi altında çalışan "Centre for Preventive Action" (CPA) analitik mərkəzində Pol Sterzin rəhbərliyi altında çalışan analitiklər qrupu ABŞ üçün önəmli 30 beynəlxalq münaqişə üzrə məruzə hazırlanıb. Analitik qrup məruzəni hazırlamaq üçün 7 min dövlət məmuruna, beynəlxalq münasibətlər üzrə ekspertə sorğu məktubu göndərib və 500-ə yaxın cavab alıb.
Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan pokovnik-leytenant Üzeyir Cəfərov İstiPress-ə müsahibəsində CPA-nın bu proqnozuna inanmadığını bildirib: "Bu mərkəzin Dağlıq Qarabağ üzrə açıqlaması daha çox siyasi məqsəd güdür. Həm də oturub yaranmış şərait üzərində proqnoz verirlər. Yəni münaqişə uzanır və hər an kiçik toqquşma böyük müharibəyə çevrilə bilər".
Amma bununla belə Üzeyir Cəfərov 2017-ci ildə müharibə olacağına inanmır: "Gələn il bizdə bir sıra beynəlxalq mədəni tədbirlər gözlənilir. Buna görə də Azərbaycanın bu tədbirlər fonunda müharibəyə başlayacağı inandırıcı gəlmir. Təbii ki, ermənilər hər hansı təxribata əl atarsa, Azərbaycan əlində olan imkanlar hesabına düşməni susduracaq".
"Azərbaycan məqamı gələn kimi öz ərazilərini işğaldan azad etməlidir".
"İstər ABŞ, istər Rusiya olsun, münaqişənin həllində vasitəçilik edən tərəflər, hələ ki, onun həllini istəmirlər. Həm Amerikanın dövlət katibi Con Kerri, həm də Rusiyanın ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaşeviç bu yaxınlarda çıxış edərək Qarabağ münaqişəsinin həllindən danışmağın hələ tez olduğunu vurğulayıblar. Yəni bu qüvvələr Azərbaycanın hərb yolu ilə öz ərazi bütövlüyünü təmin etməyə hər vəchlə mane olacaqlar", - deyə Üzeyir Cəfərov vurğulayıb.
Lakin Üzeyir Cəfərov Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi üçün müharibədən başqa yol görmür: "Ola bilər ki, beynəlxalq güclər münaqişənin həllini uzadaraq bizi işğal faktı ilə barışdırmağa çalışırlar. Yəni bir 20 ildən sonra deyərlər ki, de-fakto siz Qarabağa nəzarət edə bilmirsiniz, buna görə de-yuro da işğal faktını tanımalısınız. Amma Azərbaycan bu anı gözləməməlidir, məqamı gələn kimi öz ərazilərini işğaldan azad etməlidir".

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes