SON XƏBƏRLƏR

AzeriNews TV

17 Ocak 2017 Salı

Azərbaycan səhiyyəsində görünməmiş hadisə! 39 yaşlı qadın doğuşa qədər hamilə olduğunu bilməyib - VİDEO

Azərbaycan səhiyyəsində görünməmiş hadisə! 39 yaşlı qadın doğuşa qədər hamilə olduğunu bilməyib - VİDEO

Azərbaycan səhiyyəsində görünməmiş hadisə! 39 yaşlı qadın doğuşa qədər hamilə olduğunu bilməyib - VİDEOBakıda qeyri adi hadisə yaşanıb.
Xəzər TV-nin hazırladığı süjetdə bildirilir ki, 39 yaşlı qadın 9 ay boyunca hamiləliyindən xəbərsiz olub.
Nailə Ramazanova hamilə olduğunu 9 ay sonra bilib. Nəfəs darlığı şikayəti ilə həkimə müraciət etdikdə əsl səbəb ortaya çıxıb və xəstə dərhal keysəriyyə əməliyyatına alınıb. Sürpriz uşaq bütün ailənin sevincinə səbəb olub.
Xəstəni əməliyyat edən Natiq Məhərrəmov qeyd edir ki, qadın 9 ay boyunca həkim müayinəsindən keçməsə də bu, hamiləliyin gedişatına mənfi təsir etməyib.
Ana 2 səbəbdən hamiləliyindən bixəbər olub. Belə ki, Nailə xanım daha əvvəl ginekoloji problem yaşadığından problemin davam etdiyini düşünüb, eyni zamanda çəkisi onun hamiləliyini gizlədib.
9 ay müddətində varlığından heçkəsin xəbəri olmasa da hazırda ananın da körpənin də vəziyyəti yaxşıdır.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ailənin digər iki uşağı ali məktəbdə oxuyur.

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes