Bakı haqqında yazı İrəvanı qorxuya saldı
27 Ocak 2017 Cuma
Bakı haqqında yazı İrəvanı qorxuya saldı
Posted by AzeriNews TV on 14:00 in Dünya | Comments : 0
İrəvanda KFC qutusunun üzərindəki “Bakı” sözü qalmaqala səbəb oldu
İrəvanda çəkilmiş bir fotoşəkil sosial şəbəkələrin erməni istifadəçiləri arasında böyük qalmaqala səbəb olub.
İstiPress haqqın.az saytına istinadən xəbər verir ki, KFC fast-fud restoranının İrəvanda yerləşən mağazasında təqdim olunmuş paketin şəkli qalmaqalın əsas obyektinə çevrilib. Belə ki, həmin qutuların üzərində KFC restoranlar şəbəkəsinə aid maraqlı faktlar yerləşdirilir.
Şəkli təqdim olunmuş qutunun üzərində isə yazılıb ki, KFC şəbəkəsinin sahəsinə görə dünyada ən böyük restoranı Bakıda yerləşir.
Bunu görən erməni istifadəçilər restoranı boykot etməyə, bağlamağa səsləyiblər, bəziləri isə onun şüşələrini sındırmağa çağırıb. İş o yerə çatıb ki, KFC-nin Yerevan bölməsinin “Facebook”dakı rəsmi səhifəsi üzr istəməli olub.
“Biz də hesab edirik ki, bu yolverilməzdir və müştərilərimizdən üzr istəyirik. Günahkar qutuları Rusiyadan təchiz edən şirkətdir. Lakin sizin diqqətiniz sayəsində problem artıq həllini tapıb”, - KFC belə bir izahatla çıxış edib.
SIMILAR ARTICLES
Kaydol:
Kayıt Yorumları
(
Atom
)
Yorum Gönder