Həftənin son günlərində rəsmi məzənnə (1 dollar-1.7742 manat) dəyişməsə də, dollar satışına tətbiq olunan məhdudiyyətlər davam edir. Dollara tələbat yüksək olduğu və kommersiya bankları satış həyata keçirmədiyi bir zamanda "qara bazar" tamamilə fəaliyyətsiz olmasa da, hələ tam aktivləşməyib.
"Qara bazar" iştirakçılarının verdiyi məlumata görə, aktiv fəaliyyətə başlamaq üçün rəsmi məzənnənin 1.80 manatı ötməsi gözlənilir.
Məlumatda həmçinin bildirilir ki, rəsmi məzənnə 1.80 manatı ötən kimi "qara bazar"a külli miqdarda valyuta axını olacaq və aktiv dollar satışına start veriləcək. "Qara bazar"da isə dollar satışı tələbata uyğun olaraq 2.20-2.50 manat civarında aparılacaq.
Qeyd edək ki, hazırda rəsmi məzənnə 1.7742 manat təyin olunub və "qara bazar" iştirakçıları məhdud dairələrdə 1 dolları 2.00 manata təklif edirlər. İqtisadçıların təxmininə görə, rəsmi məzənnə yanvar ayının sonuna yaxın 1.80 manata çatacaq. Bu isə o deməkdir ki, yanvar ayının sonlarından dollar "qara bazar"da 2.30-2.50 manata alıcılara təklif olunacaq.
Mənbə: Cəbhə info
Yorum Gönder