SON XƏBƏRLƏR

AzeriNews TV

23 Ocak 2017 Pazartesi

Ermənilər Azərbaycan Beynəlxalq Bankını ələ keçirdi

Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankının (ABB) yüz milyonlarla dollar vəsaiti Moskvada fəaliyyət göstərən erməni mafiyasının əlinə keçib.
İstiPress-in məlumatına görə, 100 milyon dollardan artıq Azərbaycan pulunu idarə etmək səlahiyyətini ələ keçirmiş Kleçkyan ailəsini Azərbaycan Beynəlxalq Bankına Azərbaycanın keçmiş rəhbəri Əbdürrəhman Vəzirovun yaxın qohumları cəlb edib.
Haqqin.az saytının yazdığına görə, Kleçkyan ailəsinin təmsçilçilərini ABB-nin Moskva filialının rəhbəri Emin Əfəndiyevlə Əbdürrəhman Vəzirovun qardaşı oğlu Rüstəm Vəzirov tanış edib. Kleçkyanlara ABB-nin pulları Moskvanın Lenin prospektində tikilmiş evlərin satış hüququ verilib. Bir o, məlumdur ki, işin içində Əbdürrəhman Vəzirovun kürəkəni Zaur İsazadə də var.
Yəni Əbdürrəhman Vəzirov pulların axınına özü nəzarət edir. İşin içində ABB-nin keçmiş rəhbəri Elmar Məmmədovun da olduğu bildirilir. Çünki Emin Əfəndiyevi vəzifəyə Elmar Məmmədov qoyub. 
ABB həmin kompleksin tikintsinə 100 milyon dollar xərcləyib. Kleçkyanların sahib olduğu «Arqo İnvest» şirkətinin səlahiyyətinə verilmiş yaşayış kompleksində satılmış mənzillərin pulunun hara getdiyi naməlumdur.

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes