İstanbulda gecə klubunda baş verən terror
İstanbulda baş vermiş terror aktı nəticəsində Azərbaycan vətəndaşı olan daha bir kişinin də yaralanması barədə məlumat daxil olub.
İstiPress-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri H. Hacıyev bildirib. Beləliklə, terror aktı nəticəsində xəsarət almış Azərbaycan vətəndaşlarının sayı 2-yə çatıb.
H. Hacıyev deyib ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu həmin şəxsin kimliyini araşdırır və Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir. Hadisə zamanı xəsarət almış qadının vəziyyəti qənaətbəxş sayılıb və o, xəstəxanadan buraxılıb.
12:11
İstanbulda gecə klubunda baş verən terror hadisəsində yaralananlar arasında bir azərbaycanlı qadın olduğu deyilir.
İstiPress-in məlumatına görə, bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Ancaq hələlik xanımın şəxsiyyəti barədə heç nə deyilmir. Ümumilikdə isə terror nəticəsində ölən 39 nəfərdən 16-sı əcnəbidir.
Ötən gecə İstanbulun Ortaköy məhəlləsində Santa Klaus geyimində olan silahlı şəxslər gecə klubuna daxil olaraq, atəş açmağa başlayıblar.
İstanbul valisi Vasip Şahin terror hücummu zamanı 39 nəfərin öldüyünü, 65 nəfərin isə yaralandığını açıqlayıb.
Gecə klubunda ilkin məluatlara görə, 700-800 nəfər olub. Eyni zamanda qeyd olunur ki, terrorçular kluba taksi ilə gəliblər.
Yorum Gönder