SON XƏBƏRLƏR

AzeriNews TV

29 Ocak 2017 Pazar

Vatikan Azərbaycana qarşı yeni səlib yürüşü təşkil edib


  Hər şey 12-ci əsrdəki kimi təkrar olunur
Vatikan radiosu Azərbaycanı xristianlara qarşı təzyiqlər olan ölkələr sırasına aid edib.
İstiPress-in məlumatına görə, radio öz iddiasında “Open Doors” xeyriyyə təşkilatının  tədqiqatına əsaslanır.  Tədqiqatda xristianların müəyyən mənada təqibə məruz qaldığı 50 ölkənin adı göstərilir.  Siyahıda Azərbaycanın adı göstərilməsə də, “Open Doors”un tərtib etdiyi iddia edilən və bir çox dünya KİV-lərində yayılan xəritədə Azərbaycan da xirstianlara qarşı təzyiq müşahidə olunan ölkələr kimi qəhvəyi rənglənib.
Vatikan radiosu da Azərbaycana qarşı iddianı bu cür əsassız irəli sürüb. “Haqqin.az”ın yazdığına görə, Vatikan radiosunun məsələ ilə bağlı dərc etdirdiyi məqalədə bildirilir: “Uqanda, Nepal, Azərbaycan, Qırğızstan, Niger, Kuba  kimi ölkələr “World Watch List 2017” siyahısına düşməsələr də orada da xristianlara qarşı təzyiqlər var”.
Göründüyü kimi, məsələ “Open Doors”un siyahısında deyil. Sadəcə, bu Vatikanın bəzi dairələrinin Azərbaycana qarşı təşkil etdiyi yeni səlib yürüşü ilə bağlı ola bilər. Bəlkə də işin kökündə bu ilin ortalarında Roma papasının İrəvana etdiyi səfər dayanır. Baxmayaraq ki, diafizit katolik kilsəsi monofizit erməni kilsəsini bidətçi sayır, amma məsələ Azərbaycanla bağlı olanda birləşə bilirlər. Eynən, 12-ci əsrdəki səlib yürüşlərində olduğu kimi.
Bəzi KİV-lərdə “Open Doors”un məlumatının təqdim edildiyi xəritə
Bəzi KİV-lərdə “Open Doors”un məlumatının təqdim edildiyi xəritə

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes