Yolladığım bu məktubda məcburi köçkün olduğum üçün mənə ev verildiyi hazılıb.Amma qaçqınkom nümayəndələri bu evi veriblər başqasına.Xahiş edirəm bunu ictimayişəşdirəsiniz.
Əslində bizə 2013-cü ildə ev verilməli idi.Amma qaqınkom nümayəndələri ev verməkdən imtina etdilər.Biz 1993-2000 ci ildə Bərdə rayon Alpot kəndində ağır şəraitdə yaşamışıq.
Şəraitsizliyə görə atam ağciyər xəstəliyinə tutuldu və bu səbəbdən bizi məktəbdən çıxartdılar.Bu göstərişi məktəb direktoru dispanserin baş həkimi və icra nümayəndələri verdi.2013-cü ildə bizə səbəb bildirdilər ki məktəbi tərk etdiyinizə görə və ailə başısını itirdiyinizə görə sizə ev düşmür.Amma bizim məktəbi tərk etmə səbəbimiz imkanlı olduğumuz üçün deyildi.
2014-cü ildə qaçqınkomun sədri Əli Həsənovun qəbulundə olduq bizə dedi ki,növbəti mərhələdə söz evlə təmin olacaqsınız.
2015-ci ildə evlər paylandı yenə bizə ev verilmədi.
Biz prezidentə və birinci xanıma müraciət etdik məktubla.
Yollanan bütün məktubları qaçqınkomun üzərinə yolladıqları üçün cavablar ordan gəlir.
Qaçqınkoma getdik və dedik ki bizim məktublara cavab gəlməyib və onlar məktubları arxivdən çıxartdılar.
Niyə gizlədiblər bu məktubu ?Hansı səbəblə ?
Bu işdə qaçqınkomun bakı nümayəndəsi Elman İsmayılovun,bərdə nümayəndəsi Sərdar Zeynalovun və bərdə icra başısının əli olduğunu düşünürəm.
Sonrada çox müraciətlər etdik xeyri olmadı.
Bu bir oxucumuz tərəfindən bizə təqdim olunan şikayətdir.
AzeriNews TV facebook səhifəsi və www.tvazerinews.blogspot.com internet səhifəsi bu şikayətdən heç bir məhsuliyyət daşımır.
Yorum Gönder