SON XƏBƏRLƏR

AzeriNews TV

10 Şubat 2017 Cuma

"Lukaşenko Yer kürəsində yeganə adamdır ki, Azərbaycandan aldığının əvəzini verdi" Əziz dostlar! Səhər səhər Sizə xoş bir hədiyyə. Fevralın 7-də Belarus Ali Məhkəməsinin blogger Aleksandr Lapşinin ölkəmizə təhvil verilməsi və onun artıq Azərbaycana gətirilməsi ən azından son 10 ildə Azərbaycan diplomatiyasının ən uğurlu addımı sayıram. Bəli, səhv etmirəm. Bu məsələ Qarabağ problemi baxışından, fikrimcə Ramil Səfərovun ölkəmizə gətirilməsindən də vacibdir. A. Lapşin dünyanın iki nüfuzli dövlətinin Rusiya və İsrailin vətəndaşı idi və hər iki dövlər ekstradisiyanın əleyhinə idi. Xüsusilə Rusiya hakimiyyəti ən yuxarı təbəqələrdə Belarusiyaya təzyiq göstərirdi. Belarusiya Ali Məhkəməsinin qərarından sonra da TASS-ın və Rusiya hakimiyyətinin digər ciddi təşkilatlarının Lapşinin arvadıının onun müdafiəsi üçün Belarusiya hökumətinə daha bir imkan tanınmasını xahiş etməsi xəbərini yayması Rusiyanın bu işdə nə qədər israrlı olmasının göstəricisidir. Vaxtilə mən də Azərbaycan hakimiyyətinin Belarusiyaya 200 milyondan artıq kredit verməsini qınamışdım. Bu gün Belarusiya Prezidenti Aleksandr Lukaşenko, yer kürəsində bəlkə də yeganə adamdır ki, Azərbaycan hakimiyyətindən aldığının əvəzini verdi. Onun bu prinsipiallığı təqdirə layiqdir. Bu gün Azərbaycan KİV-lərinin, ictimai fəal şəxslərinin əsas işlərindən biri də bu xəbərin dünyaya maksimum yayılmasını təşkil etməkdir. Bu amilin Dağlıq Qarabağa gələnlərin qarşısının alınmasında böyük rol oynayacağına şübhəm yoxdur. Aslan İsmayılov, tanınmış hüquqşünas



Fevralın 7-də Belarus Ali Məhkəməsinin blogger Aleksandr Lapşinin ölkəmizə təhvil verilməsi və onun artıq Azərbaycana gətirilməsi ən azından son 10 ildə Azərbaycan diplomatiyasının ən uğurlu addımı sayıram. Bəli, səhv etmirəm.
Bu məsələ Qarabağ problemi baxışından, fikrimcə Ramil Səfərovun ölkəmizə gətirilməsindən də vacibdir. A. Lapşin dünyanın iki nüfuzli dövlətinin Rusiya və İsrailin vətəndaşı idi və hər iki dövlər ekstradisiyanın əleyhinə idi. Xüsusilə Rusiya hakimiyyəti ən yuxarı təbəqələrdə Belarusiyaya təzyiq göstərirdi. Belarusiya Ali Məhkəməsinin qərarından sonra da TASS-ın və Rusiya hakimiyyətinin digər ciddi təşkilatlarının Lapşinin arvadıının onun müdafiəsi üçün Belarusiya hökumətinə daha bir imkan tanınmasını xahiş etməsi xəbərini yayması Rusiyanın bu işdə nə qədər israrlı olmasının göstəricisidir.
Vaxtilə mən də Azərbaycan hakimiyyətinin Belarusiyaya 200 milyondan artıq kredit verməsini qınamışdım. Bu gün Belarusiya Prezidenti Aleksandr Lukaşenko, yer kürəsində bəlkə də yeganə adamdır ki, Azərbaycan hakimiyyətindən aldığının əvəzini verdi. Onun bu prinsipiallığı təqdirə layiqdir.
Bu gün Azərbaycan KİV-lərinin, ictimai fəal şəxslərinin əsas işlərindən biri də bu xəbərin dünyaya maksimum yayılmasını təşkil etməkdir. Bu amilin Dağlıq Qarabağa gələnlərin qarşısının alınmasında böyük rol oynayacağına şübhəm yoxdur.

Aslan İsmayılov, tanınmış hüquqşünas

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes