Digər bir TV kanalı ilə əvəzlənəcək
MTRŞ göstərişinə əsasən, FOX Türk TV kanalının yayımı Ailə TV-də dayandırılıb.
Ailə TV-nin şəxsi tvitter-də qeyd edilib ki, FOX Türk TV kanalı digər bir TV kanal ilə əvəz olunacaq.
Bundan əlavə, KATV 1 kabel televiziyası da sözügedən kanalın fəaliyyəti dayandırılıb və onun yerinə TV 8,5 kanalı salınıb.
Qeyd edək ki, ötən gün FOX TV-nin ana xəbər aparıcısı Fatih Portakalın Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezident təyin edilməsinə mənfi münasibəti kanalın Azərbaycanda yayımının "qara siyahıya" salınmasına səbəb olub.
Yorum Gönder