SON XƏBƏRLƏR

AzeriNews TV

22 Şubat 2017 Çarşamba

Müəllimlərin maaşı artırıldı

Bəzi müəllmilərdə artım 100 manata qədər olacaq


Azərbaycan Texniki Universitetində (AzTU) əmək haqları minimum 50 manat artırılıb. İstiPress-in Universitetdən aldığı məlumata görə, əməkdaşlardan bəzilərinin maaşı 100 manata kimi yüksəldilib ki, bu da universitet rəhbərliyinin işində müvəffəqiyyət qazanan işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması qərarı ilə bağlı olub. Ölkənin sosial-iqtisadi siyasətinə uyğun olaraq universitetin Elmi Şurasında qəbul edilən qərar 700-ə yaxın əməkdaşa şamil edilib.

Əməkhaqlarının artırılması ilə bağlı qərarın əhatə etdiyi əməkdaşlar sırasına professor-müəllim heyəti və inzibati işçilər daxil edilməyib. Bu da AzTU-da professor-müəllim heyəti və inzibati işçilərin maaşlarının daha əvvəl yüksəldilməsi ilə əlaqədardır.


Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes