27 Şubat 2017 Pazartesi
Rusiya Ermənistana yeni qırıcılar göndərir
Posted by AzeriNews TV on 14:37 in Dünya | Comments : 0
MiQ-35 qırıcısı
Komandir: "Qırıcılarımız qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə tam hazırdır"
Rusiya Silahlı Qüvvələri Ermənistandakı qırıcılarını yeniləyəcək.
İstiPress-in məlumatına görə, bu barədə İrəvanın Erebuni aerodromundakı Rusiya aviabazasının komandiri Aleksandr Petrov bildirib.
Onun sözlərinə görə, Ermənistandakı MiQ-29 qırıcıları yaxın vaxtlarda MiQ-35 qırıcları ilə əvəzlənə bilər.
“Bu yaxınlarda MiQ-35 təyyarələrinin pilot layihəsini həyata keçirdik. Gizlətməyəcəm, müəyyən müddətdən, bəlkə də bir neçə ilə MiQ-35 qırıcıları Ermənistandakı avibazaya göndəriləcək”, - A.Petrov bildirib.
Rusiya hərbi aviabazasının komandiri əlavə edib ki, Ermənistandakı hərbi bazada yerləşən MiQ-29 qırıcıları və Mi-24 və Mi-8 helikopterləri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə tam hazırdır.
Kaydol:
Kayıt Yorumları
(
Atom
)
Yorum Gönder