SON XƏBƏRLƏR

AzeriNews TV

1 Mart 2017 Çarşamba

Müsəlman xanım BMT Baş katinin 1-ci müavini təyin edildi

İslamazeri.az-ın “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, BMT Baş katibi Antoniu Quterreşin birinci müavini müsəlman qadın təyin edilib. Onun vəzifəsinə rəsmi şəkildə başlaması mərasimi Nyu-Yorkda baş tutub.
Mən dayanıqlı inkişaf hədəflərinin yerinə yetirilməsi üçün əlimdən gələn hər bir şeyi edəcəm. Hər şeydən əlavə, məhz davamlı inkişaf Yer kürəsində sülhə nail olmaq üçün ən effektiv üsullardan biridir.”, - deyə Əminə Muhəmməd mərasimdə bildirib.
Müsəlman xanım hər şeydən öncə yoxsulluqla mübarizə aparmaq, gənclər üçün imkanların yaradılması üzərində işləmək, gender bərabərliyinə nail olmaq niyyətindədir.
Qeyd etmək lazımdır ki, Əminə Muhəmməd 1961-ci ildə dünyaya gəlib. O, təhsilini Nigeriya və Böyük Britaniyada alıb. Buna qədər o, Nigeriya prezidentinin məsləhətçisi və Nyu-Yorkun Kolumbiya Universitetində müəllim işləyib. Ailəlidir, 6 uşaq anasıdır.

Müsəlman xanım BMT Baş katinin 1-ci müavini təyin edildi

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes