Moskva və Ankara Türkiyəyə S-400 sistemlərinin alınması üçün kredit verməklə bağlı danışıqlar aparır
Bunu “Rossiya 24” televiziyasına müsahibəsində “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezov söyləyib. O, hələlik bu məsələnin tam həll edilmədiyini bildirib.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da S-400 sistemlərinin alınması ilə bağlı Moskvayla razılaşmaya yaxın olduqlarını bildirib.
S-400 sistemləri strateji təyyarələr, taktiki aviasiyalar, ballistik raketləri, hipersonik hədəfləri məhv etmək üçündür. Bu sistemlər 400 kilometr məsafədəki bütün hədəfləri məhv etmək gücündədir.
Yorum Gönder