Telefon aparatı
BTRİB dəyişikliyi tətbiq etməyə başlayır
Martın 1-dən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi də öncədən ödəniş sisteminə keçilib. Məlumatda qeyd edilirdi ki, stasionar telefon rabitəsi xidmətləri üçün hər ayın əvvəlində öncədən ödəniş etmək lazımdır.
Yeni sistemə görə, abonentlər telefon rabitəsi üçün abunə haqlarını hər ayın 5-dək ödəməlidirlər. Ödəniş geciksə, ayın 6-da telefon xətti birtərəfli qaydada kəsiləcək. Ayın sonunda isə nömrə ikitərəfli qaydada bağlanacaq.
Birlik yeniliklə bağlı abonentləri sms vasitəsilə xəbərdar edib. Yeni sistemə keçidin səbəbləri haqda bilgi verilmir.
Qeyd edək ki, aylıq abunə haqqı əhali üçün 2,5, korporativ istifadəçilər üçün isə 7 manatdır. Xatırladaq ki, bundan əvvəl (2016-cı il sentyabrın 1-dən) dövlət operatoru internet və IP-TV xidmətlərinə görə də öncədən ödəniş sistemini tətbiq edib.
Yorum Gönder