SON XƏBƏRLƏR

AzeriNews TV

4 Mart 2017 Cumartesi

Yaponiyanın yerli müsəlmanlar icması ilk məscidini istifadəyə verib.

AzeriNews TV-ın “İslamazeri.az”-a istinadən verdiyi xəbərə əsasən, ötən ilin sonunda Yaponiyanın paytaxtı Tokio şəhərində yeni məscidin açılışı olub. “Mədəni mübadilə İslam mərkəzi” adlı bina Hiqaşi-Qotanda rayonunun, Şiqanava Vard küçəsində yerləşir.
Mərkəzi xüsusiyəti ondan ibarətdir ki, onu miqrantlar yox, “Yaponiya Müsəlmanlar Assosiyasiyası”ndan olan müsəlman yaponlar yaponlar açıb. Assosiyasiyanın bütün Yaponiyada ümumilikdə 500 üzvü var. Onların paytaxtdakı üzvlərinin sayı təxminən 50 nəfərdir.
Mərkəzin hədəfi hər şeydən öncə İslami çağırışın yerli yaponlara, onlar üçün anlaşılan dildə və yaxın mədəni formada çatdırılması, o cümlədən də yapon müsəlmanların icmasının birləşdirilməsidir.
Qeyd edək ki, Tokiodakı müsəlman yaponların icması yarandığı andan yalnız 50 il sonra öz məscidinə sahib ola bilib. İcma 2003-cü ildə onun tikintinisi üçün ianələrin toplanması üzrə beynəlxalq kampaniyaya start vermişdi. Məscidin tikintisi 2,3 milyon ABŞ dollarına başa gəlib.

Müsəlman yaponlar ilk məscidlərini açdılar

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes