SON XƏBƏRLƏR

AzeriNews TV

14 Nisan 2017 Cuma

Bu gecə Azərbaycanda qasırğa olacaq

Yağış
Yağış
Yağış yağacaq, şimşək çaxacaq, külək güclənəcək
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, aprelin 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin aprelin 14-dən 15-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında müalyim şimal-şərq küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-12, gündüz 16-20 dərəcə isti, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, aprelin 17-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.  
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti ötən gün gözlənilən hava ilə bağlı xəbərdarlıq edib. Aprelin 14-dən 16-dək əsasən şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes