Şimali Koreya lideri Kim Çen İnin əmri ilə paytaxt Pxenyan boşaldılır.
Bu barədə Rusiyanın “Pravda” nəşri Şimali Koreya mediasına istinadən məlumat yayıb. Tapşırığa əsasən, paytaxt əhalisinin 25 faizi, yəni 600 min insan təcili evakuasiya olunmalıdır.
Ekspertlər hesab edirlər ki, bu, ABŞ-la əlaqələrdə gərginliyin daha da yüksəlməsi ilə əlaqədardır. Məlumata görə, Pxenyanın bombadan qorunmaq üçün sığınacaqları paytaxtın bütüb əhalisi üçün yetərli deyil. Bu səbəbdən də yerdə qalan qismi köçürüləcək. İlk olaraq məhkumlar şəhəri tərk edəcəklər.
Digər bir məlumata görə isə, ABŞ donanmasının bir qrupunu Koreya yarımadasına göndərdikdən sonra, Yaponiya da döyüş gəmilərini ABŞ donanması ilə birləşdirmək üçün yola salıb.
Bundan başqa, Şimali Koreyada olan əcnəbi jurnalistlər səhər saatlarında otellərindən çıxarılaraq naməlum yerə götürüldüklərini sosial şəbəkə hesablarında paylaşıblar.
Yorum Gönder