AzeriNews TV erməni mediasına istinadən xəbər verir ki, bu gün səhər, saat 9:30 radələrində 1998-ci il təvəllüdlü Mqer Feliksoviç Arzumanyan aldığı güllə yarasından yerindəcə keçinib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gecə Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində OSA zenit raket kompleksindən atəş açdığını bildirib. Buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.
Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb.
İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib.
Yorum Gönder