Azərbaycan 24 məlumatına görə, Lunyov ilk olaraq 25 metrdən hədəfə sürətli atəş açmaqda qüvvəsini sınayıb. Atıcımız təsnifat mərhələlərində 60 snayper arasında 11-ci pilləni tutub. Təmsilçimiz final mərhələsinə yüksələ bilməyib.
Bu gün Lunyov 10 metrdən pnevmatik tapança ilə atəş açmaq yarışında özünü sınayacaq.
Yarış mayın 24-dək davam edəcək.
Qeyd edək ki, Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi oyunlarında güllə atıcılığı yarışlarında 5 qızıl medal qazanıb.
Yorum Gönder