SON XƏBƏRLƏR

AzeriNews TV

18 Mayıs 2017 Perşembe

Əsədi öldürmək vaxtıdır – İsrail naziri

İsrail naziri Suriya prezidenti Bəşər Əsədi Ərəb dövlətindəki əzab-əziyyətlərə görə günahlandırıb və bildirb ki, o qətlə yetirilməlidir. 

“PressTv”nin məlumatına görə, bunu İsrailin məskunlaşma və tikinti naziri Yoav Qalant deyib. O bildirib ki, Suriya prezidenti Bəşər Əsədin bu dünyada yeri yoxdur. 
Yəhudi nazır çıxışından Bəşər Əsədin öldürülməsindən sonra İrana yönəlmək fikrini İrəli sürüb

Nazir Dəməşq hökumətini “insanları edam etmək, onlara qarşı kimyəvi silahdan istifadə etmək və meyitlərini yandırmaqda” ittiham edib. 

Qalantın bu fikirləri ABŞ dövlət departamentinin Saydnaya hərbi həbsxanasında minlərlə məhbusun ölümünü gizlətmək üçün onları yandırdığı iddiasından sonra səslənib. Suriyanın xarici işlər nazirliyi bu ittihamları rədd etmiş və onları “həqiqətlə əlaqəsi olamyan yeni Hollivud ssenarisi” adlandırmışdı.


Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes