SON XƏBƏRLƏR

AzeriNews TV

27 Mayıs 2017 Cumartesi

“Erməni təyyarələri vurulmalıdır” – Xətai Baxışov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov  işğal olunmuş Dağlıq Qarabağda düşmənin turizm səyahəti adı altında uçuşlara başlamasına münasibət bildirib.
O, məsələ ilə bağlı açıqlamasında deyib ki, yer tutumundan və gücündən asılı olmayaraq, Azərbaycanın hava məkanında qanunsuz uçuş edən istənilən obyekt vurulmalıdır: “Ermənilər deyir ki, bunlar təkmotorlu, ikinəfərli təyyarələrdir. Belə təyyarələr isə adətən aşağıdan, dağların arası ilə uçur. Ermənilər bilir ki, belə halda texniki baxımdan onları radarlar tuta bilmir. Ona görə də belə təyyarələrin tutulması və vurulması çətin olar. Onlar yalnız hündürdən uçsalar, radarlar onları tuta bilər. Amma bütün hallarda ərazilərimizdə qanunsuz uçuş edən təyyarələr vurulmalıdır. Bu gün ermənilər ikinəfərlik, təkmotorlu təyyarələrdən istifadə edir, sabah çoxmotorlu, çoxnəfərlik təyyarələr də ola bilər. Biz onların mülki və ya hərbi təyinatlı və içində kimlərin olduğunu bilmirik. Ona görə də onlar mütləq vurulmalıdır. Müdafiə Nazirliyi hələ ötən dəfə Xankəndi aeroportundan istifadə məsələsi ortaya çıxanda bəyan etmişdi ki, qanunsuz uçuş edən təyyarələr vurulacaq”.

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes