SON XƏBƏRLƏR

AzeriNews TV

28 Haziran 2017 Çarşamba

Atası ölümcül xəstə qızının qorxmaması üçün onunla məzarda oynayır

Çində 2 yaşlı qızı ölümcül xəstə olan atanın etdiyi hərəkət dünya mediasında yer alıb.
AzeriNews TV Azərbaycan 24-ə istinadən xəbər verir ki, talassemiya xəstəsi olan qızının öləcəyini bilən atası onun ölüm qorxusunu yox etmək üçün qeyri-adi yol seçib. O, bir məzar qazaraq gündəlik qızı ilə həmin qəbirə uzanır və onunla oynayaraq qəbiristanlıq xofunu adiləşdirir.
Çində sosşəbəkələrdə rezonans doğuran hadisədən sonra məlum olub ki, ailə qızın müalicəsinə bütün mal-mülkünü xərcləsə də bir nəticə hasil olmayıb. Onların maddiyyatı tükənincə övladlarını xilas etmək ümidləri də yoxa çıxıb və körpələrini ölümə hazırlamağa qərar veriblər.
Mediada diqqət çəkən olaydan sonra körpənin xilası üçün imkanlı şəxslər tərəfindən vəsait ayrılacağı güman edilir.

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes