SON XƏBƏRLƏR

AzeriNews TV

4 Haziran 2017 Pazar

Azərbaycan və Türkiyənin də iştirak etdiyi “Qafqaz qartalı” təlimi başladı

Bu gün Gürcüstan, Azərbaycan və Türkiyə arasında növbəti birgə hərbi təlimlər başlayır.
Hərbi təlimlər iyunun 14-dək davam edəcək.
Gürcüstanda keçirilən “Qafqaz qartalı” adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edəcək.Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır.
Qeyd edək ki, bu formatda hərbi təlimlər artıq iki dəfə keçirilib. Sonuncu təlimlərə Türkiyə ev sahibliyi edib.

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes