AzeriNews Tv-nin “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İranın Kosmik Agentliyinin Kosmik Xidmətlərin İstismarı və İnkişafı üzrə Departamentinin sədr müavini Humayun Sədr bildirib ki, “Nahid-1”, “Dusti” (Dostluq) və “Pəyam” (məktub) adlı peykləri gələn il buraxılış üçün hazır olacaqlar.
“Hazırda Şərif Universitetinin “Dusti” adlı peyki buraxılış üçün tam hazırdır. Peykin buraxılışı müvafiq rəhbərlərin əmri ilə həyata keçiriləcək.”, - deyə Humayun Sədr təmsil etdiyi təşkilatın kosmik layəhələri barədə danışarkən bildirib.
“İranın Kosmik Agentliyi “Pars-1” peykinin layihəsini təsdiqləyib. Məlum layihə 5 universitet və institut tərəfindən həyata keçiriləcək.”, - deyə o əlavə edib.
Sədr həmçinin əlavə edib ki, İran peyklərin hazırlanması ilə yanaşı, kosmosa insanın göndərilməsi layihəsi üzərində də işləyir.
Onun sözlərinə görə, təşkilatın aviasiya hissəsi 100-150 nəfərlik avialaynerlərin hazırlanması məsələsi üzərində də işləyir.
Yorum Gönder