SON XƏBƏRLƏR

AzeriNews TV

27 Haziran 2017 Salı

“Rusiya qüvvələrini 3 günə məhv edərik” – Səudiyyə kralının yeni varisi

Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanında kral Salmanın varisi elan edilən 31 yaşlı şahzadə, müdafiə naziri Məhəmməd bin Salman Əl-Səud Rusiyaya qarşı çox sərt mövqedən çıxış etməyə başlayıb.
Xarici KİV-lər xəbər verir ki, iyunun 23-də mətbuat üçün rəsmi bəyanatında şahzadə Məhəmməd Rusiyanı və prezident Putini Səudiyyə Ərəbistanı üçün “başlıca təhdid” adlandırıb. “Hesab edirəm ki, Suriyada başı əzilməli olan bir çox terrorçu qruplar var. Lakin əsas təhdid ruslardır. Ruslar terrorçuluğu Yaxın Şərqdə yaymağa çalışır. Başa düşmək çətin deyil ki, bu terrorçular Rusiyanın onlara dəstək verdiyini və Azad Suriya Ordusunu bombaladığını görəndə necə ruhlanırlar”-gənc varis bildirib.
Davakar varis sonrakı açıqlamalarında bir qədər də irəl gedib, Suriyadakı Rusiya qüvvələrini “üç günə məhv edə biləcəklərini” deyib. “Səudiyyə Ərəbistanı Rusiyaya qarşı yumşaq metodlardan istifadə etmək niyyətində deyil. Biz Putinə ultimatum göndərəcəyik. Əgər Rusiya nizamsız bombardmanları davam etdirəcəksə biz onların qüvvələrinin qarşısını almaq üçün tədbir görməli olacağıq. Rusiya yadda saxlamalıdır ki, bizim hərbi imkanlarımız Suriyadakı Rusiya qüvvələrini üç gün ərzində məhv etməyə kifayətdir”-şahzadə hədələyib.

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes