Sionist İsrail rejimi yaş yarımlıq Əbdürrəhman Mahmud əl-Bərqusinin həyatını itirməsinə səbəb olub.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, qatil rejim İsrail daha bir fələstinlinin həyatını itirməsinə səbəb olub.Sionist işğalçı İsrail əsgərlərinin 2 ay əvvəl istifadə etdiyi gözyaşardıcı qazdan təsirlənərək müalicə altına alınan yaş yarımlıq Əbdürrəhman Mahmud əl-Bərqusi həyatını itirib.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərə görə, yaş yarımlıq Əbdürrəhman Mahmud əl-Bərqusi Ramallahın qərbindəki Abud kəndində təxminən 2 ay əvvəl İsrail əsgərlərinin istifadə etdiyi gözyaşardıcı qaza məruz qalıb.
Fələstin Səhiyyə Nazirliyinin həmin vaxt vəziyyəti ağır olan körpəni İsrailin Hədasa Xəstəxanasına sövq etdiyi bildirilən xəbərdə, bütün səylərə baxmayaraq körpənin xilas edilə bilmədiyi ifadə edilib.
İsrail əsgərləri Fələstinin İordan çayının Qərb sahilii ərazisinin müxtəlif yaşayış yeri və kəndlərində yəhudi yaşayış məntəqəsi inşa fəaliyyətlərinə etiraz edən fələstinli gənclərlə hücum edir.
Yorum Gönder