Türkiyənin ölkəmizdə yerləşən hərbi bazası bağlanılmayacaq.
AzeriNews TV Azərbaycan 24-ə istinadən xəbər verir ki, bu sözləri Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, sözügedən hərbi baza iki ölkə arasında müdafiə sahəsində imzalanan razılaşma çərçivəsində fəaliyyət göstərir:
“Ərəb ölkələrinin təqdim etdiyi siyahı rədd ediləcək. Qəbuledilməzdir. Biz dialoqun ədaləti şərtlərlə davam etdirilməsini istəyirik. İstəklərdən biri də Əl Cəzirə telekanalının bağlanılmasıdır. Biz həmin televiziyanın fəaliyyətinə son qoymayacağıq”.
Yorum Gönder