SON XƏBƏRLƏR

AzeriNews TV

12 Temmuz 2017 Çarşamba

Yakuboviç “Qarabağ”ın oyununda: Mən hətta paxıllıq edirəm

Tanınmış rusiyalı aparıcı Leonid Yakuboviç Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Qarabağ” və “Samtredia” arasında keçirilən matçı izləyib.
Bu barədə məlumatı azerisport.com saytı yayıb.
“Özümü evdəki kimi hiss edirəm. Yuli Qusmanın KVN-də kapitan olduğu dövrdə mən Bakıya gəlmişdim. Bu şəhərlə bağlı çoxlu xoş xatirələrim var. Hər şey çox gözəldir, mən hətta paxıllıq edirəm.
Maraqlı futbolu sevirəm, lakin heç kimə azarkeşlik etmirəm. Bu gün mən sadəcə futbola baxıram. Bütün Azərbaycana sülh arzulayıram”

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes