SON XƏBƏRLƏR

AzeriNews TV

26 Aralık 2016 Pazartesi

Balakəndə 31 yaşlı kişi özünü yandırıb

Özünü yandıran şəxs
Özünü yandıran şəxs
Onun intihara cəhd etməsinin səbəbləri bilinmir
Balakəndə 31 yaşlı kişi özünü yandırıb. İstiPress-in Şəki bürosuna rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, dekabrın 25-i axşam saat 18 radələrində baş verib.Rayonun Hənifə kənd sakini 1985-ci il təvəllüdlü Kamil  Dovşanov yaşadığı ünvanda hələki istintaqa məlum olmayan səbəbdən  intihar etmək məqsədi ilə üstünə benzin tökərək özünə od vurub. Son anda yaxınlarının köməyi ilə xilas olunan K. Dovşanov Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. 
MRX-dan  verilən məlumata görə, K. Dovşanovun yanıq xəsarətləri ağır olduğu üçün ona xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 
Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes