Yeni aparat Yerin orbitinə dağılmış tullantıları toplayacaq
"Roskosmos" hazırda bu layihənin üzərində işləyir
Rusiyanın "Roskosmos" dövlət şirkəti yeni kosmik aparat layihəsi üzərində işləyir. Bu aparat Yerin orbitinə yayılmış kosmik tullantıları "sovuraraq" toplayacaq.
İstiPress-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Mərkəzi Elmi-Araşdırma Maşınqayırma İnstitutunun (TsNIIMash) baş direktoru Oleq Qorşkov açıqlama yayıb.
Bildirilir ki, yaranmış problem o qədər ciddidir ki, onun həlli tezliklə beynəlxalq səviyyədə araşdırılacaq. Yerətrafı kosmik boşluqda təhlükəli vəziyyətlər barədə avtomatik xəbərdarlıq sistemlərinin məlumatlarına görə, təkcə 2016-cı ilin ortalarında planetimizin ətrafında təxminən 17,8 min iri tullantılar toplanıb ki, onların da ölçüsü 10 santimetrdən böyükdür. Kosmosda ən çox tullantılar buraxan dövlətlər isə ABŞ, Rusiya və Çindir.
Yorum Gönder