SON XƏBƏRLƏR

AzeriNews TV

26 Aralık 2016 Pazartesi

"Facebook" dan yenilik

Facebook
Facebook
Sosial şəbəkədən radio dinləmək mümkün olacaq
"Facebook" da radio dinləmək mümkün olacaq.
İstiPress "Firstpost"-a istinadən xəbər verir ki, bu xidmətin sayəsində onlayn rejimdə audio yayımlar həyata keçirmək mümkün olacaq. Funksiya öncə radiostansiyalara və audiokontentlə işləməyə üstünlük verən şirkətlərə istiqamətlənib. Sosial şəbəkənin ilk tərəfdaşları BBC və LBC olub.
İstifadəçilər "Android" və iOS əməliyyat sistemlərində "Facebook" əlavəsində radio dinləyə biləcəklər. Bununla belə, "iPhone" və "iPad" sahibləri üçün striminq yalnız sosial şəbəkənin açıq xidmətində əlçatan olacaq. Öz növbəsində, "Android" cihazların istifadəçiləri yayımları cihazın ekranı blokda olan zaman da dinləyə biləcəklər.
Facebook sosial şəbəkənin bütün iştirakçıları üçün artıq 2017-ci ilin əvvəlindən audio yayımlara başlamağı planlaşdırır.

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes