Corc Maykl 53 yaşında vəfat etdi
O, Oksfordşirdəki evində ölüb
Məşhur ingilis müğənnisi, vokalist və bəstəkar Corc Maykl 53 yaşında vəfat edib.
İstiPress-in BBC-yə istinadən verdiyi xəbərə görə, musiqiçi Oksfordşirdəki evində dünyasını dəyişib. Evə baxış keçirən Britaniya polisi onun ölümündə şübhəli hər hansı bir hal aşkarlamayıb.
Milliyyətcə yunan, əsl adı isə Georgios Kiriakos Panayiotou olan müğənni 2 Qremmi mükafatının sahibidir. O, musiqi tarixindəki ən müvəffəqiyyətli müğənnilərdən biri hesab olunur.
Yorum Gönder