SON XƏBƏRLƏR

AzeriNews TV

26 Aralık 2016 Pazartesi

Netanyahu səfirlərdən bir-bir "açıqlama" tələb edib

Netanyahu səfirlərdən bir-bir "açıqlama" tələb edib
Netanyahu səfirlərdən bir-bir "açıqlama" tələb edib
BMT-nin qətnaməsindən sonra özündən çıxan İsrailin baş naziri ABŞ səfirini də çağırıb
BMT Təhlükəsizlik Şurasının İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoyması tələbi bu ölkənin baş naziri Benyamin Netanyahunu özündən çıxarıb. O, səsvermədə iştirak edən bütün dövlətlərin diplomatik nümayəndələrini xarici işlər nazirliyinə çağırıb və onlardan "açıqlama" tələb edib.
İstiPress CNN-ə istinadən xəbər verir ki, bu dəfə ABŞ-ın İsraildəki səfiri Dan Şapiro da baş nazirin qəbulunda olub. İsrail Dövlət Radiosunun xəbərinə görə, Netanyahunun səfir Şapironu çağırmasına səbəb ABŞ-ın, BMT Təhlükəsizlik Şurasının səsverməyə təqdim edilən İsrailin işğalı altındakı Fələstin torpaqlarında qeyri-qanuni bütün məskunlaşma fəaliyyətlərini "dərhal və tamamilə" dayandırmasını tələb edən qərara qarşı bitərəf səs istifadə etməsi olub.
Misir tərəfindən çərşənbə günü BMT Təhlükəsizlik Şurasına təqdim edilən və daha sonra yenə Misirin tələbi ilə təxirə salınan səsvermə, sonradan Yeni Zelandiya, Malayziya, Venesuela və Seneqalın dəstəyi ilə baş tutub və 14 səslə qəbul edilib. Bu zaman ABŞ bitərəflik nümayiş etdirib.

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes