Meksikada narkotik mafiyaları arasında dava olub - 13 ölü
Davaların əsas səbəbi narkotik vasitələrin Cənubi Amerikadan ABŞ-a daşınmasına nəzarətdir
Meksikanın iki ştatının narkotik mafiyaları arasındakı "haqq-hesab davası"nda azı 13 nəfər öldürülüb. Hadisə Milad bayramının qeyd olunduğu gün baş verib.
İstiPress "Reuters" agentliyinə istinadən xəbər verir ki, polis Miçoakan ştatının Xalisko şəhərində 6 başları kəsilmiş kişi meyitləri aşkarlayıb. Həmin ştat narkotik vasitələrin kütləvi şəkildə Cənubi Amerikadan ABŞ-a daşınmasında müstəsna rol oynayır.
Ehtimal olunur ki, öldürülən şəxslər də narkotika kartellərindən birinin üzvləri olub. Onlardan birinin üzərindən yeni yaradılmış "Miçoakandan olan yeni ailə" kartelinin adı yazılan kağız parçası da aşkarlanıb.
Bu ərəfələrdə cinayətlərin daha intensiv olduğu Qerrero ştatında ABŞ-a narkotika daşınması üzərində mafiyalararası silahlı toqquşmalar da başlayıb. Silahlılar evlərin birinə basqın zamanı ailənin 7 üzvünü vəhşicəsinə öldürüb, daha sonra isə hadisə yerindən qaçıblar.
Yorum Gönder