SON XƏBƏRLƏR

AzeriNews TV

26 Aralık 2016 Pazartesi

“Tu-154” təyyarəsinin pilotu ilə dispetçerin son danışığı– AUDİOYAZI

Tu 154 təyyarəsinin qəzadan öncəki şəkli
Tu 154 təyyarəsinin qəzadan öncəki şəkli
Qəzada ölən hərbçilərin hər birinin ailəsinə 5,8 milyon rubl (167.620 man) kompensasiya ödəniləcək
Sosial şəbəkələrdə Rusiya MN-nə məxsus qəzaya uğrayan “Tu-154” təyyarəsinin ekipaj üzvləri ilə dispetçerin son danışığının audioyazısı yayılıb. Audioyazıda aviadispetçer  pilota hava haqqında məlumatı və uçuş şərtlərini çatdırır. Yazının sonunda isə əlaqə qəfildən kəsilir.  
Bu arada "Soqaz" şığorta şirkəti qəzaya uğrayan təyyarədə olan hər bir hərbçinin ailəsinə 5,8 milyon rubl (167.620 man.)  kompensasiya ödəmək haqqında qərar qəbul edib. İstiPress-in “Tass”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin əməkdaşlarının həyatını, sağlamlığını və əmlakını sığortalayan “Soqaz” məlumat verib. Sığorta şirkəti vəsaiti qısa müddət ərzində ödəməyə hazırdır.
Mülki şəxslərin hər birinin ailəsi isə 3 milyon rubl (86.700 man) dəyərində kompensasiya alacaq.  
Xatırladaq ki, bu gün səhər saatlarında Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçidən uçarkən radarlardan itib. Təyyarənin göyərtəsində, 8 heyyət üzvü və 85 sərnişin olmaqla, 93 nəfər olub.  
 Təyyarə Soçidən Suriyanın Latakiya bölgəsinə uçurmuş. “Tu 154” havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib və Qara Dənizə düşüb.

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes