SON XƏBƏRLƏR

AzeriNews TV

26 Aralık 2016 Pazartesi

Rusiyada matəm elan edildi

TU-154 təyyarəsi
TU-154 təyyarəsi
Bayaraqlar yarıya endiriləcək, əyləncəli verilişlər olmayacaq
Rusiyada baş vermiş təyyarə qəzası ilə əlaqədar bu gün ölkədə matəm elan edilib. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin bazar günü gecə saatlarında göyərtəsindəki 92 nəfərlə Suriyaya uçuş zamanı qəzaya uğrayanların xatirəsinə ehtiram əlaməti olaraq bu barədə sərəncam verib. 
Bu gün bütün ölkə ərazisində dövlət bayraqları yarıya qədər endiriləcək, əyləncəli proqramlar və tədbirlər ləğv edilib. Matəm günündə telekanalların efirində reklamlar da yayımlanmayacaq. 
Rusiya ərazisindəki bütün məbədlərdə aviaqəzada ölənlərin ruhuna ayinlər keçiriləcək.
Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Soçi - Qara dəniz sahəsində axtarış işləri davam etdirilir. 92 nəfərin ölümü ilə bağlı artıq cinayət işi də açılıb.
Nəqliyyat naziri Maksim Sokolov komissiya iclası, ölənlərin yaxınlarına dəstək üçün Soçiyə uçub. Moskvada isə qərargah yaradılıb. 
Xatırladaq ki, təyyarə Yeni il tədbiri üçün Rusiyanın Suriyadakı hərbi bazasına dövlət orkestrının üzvlərini aparmaq üçün havaya qalxıb. Amma haavaya qalxdıqdan bir neçə dəqiqə sonra o radarlardan itib. Təyyarədə 8 heyyət üzvündən başqa, jurnalistlər və hərbçilər də olub. 
Müdafiə Nazirliyinin məlumatına görə, təyyarənin qalıqları Soçi sahillərindən 1,5 km aralıda 50-70 metr dərinlikdə tapılıb. Ən son məlumata görə, 11 nəfərin cəsədini də tapmaq mümkün olub.
Ruslar təyyarə qəzasında ölənlərin xatirəsini anır
Ruslar təyyarə qəzasında ölənlərin xatirəsini anır

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes