SON XƏBƏRLƏR

AzeriNews TV

27 Aralık 2016 Salı

"Tam üzən məzənnə" manatın devalvasiyasını sürətləndirəcək

"Tam üzən məzənnə" manatın devalvasiyasını sürətləndirəcəkAzərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı hazırlanan "Strateji Yol Xəritəsi"ndə 2017-ci ildə manatın "tam üzən məzənnə"yə keçirilməsi nəzərdə tutulsa da, buna heç bir ehtiyac yoxdur.
Milli valyutaların devalvasiyası və ya "üzən məzənnə" kimi devalvasiya xarakterli üsullara əl atılmasının səbəbi tədiyə balansında yaranan təzyiqlərlə bağlıdır.
Yəni, ölkəyə daxil olan və ölkədən çıxan valyuta həcmlərinin arasındakı fərqin ikincinin lehinə yaratdığı valyuta qıtlığıdır. Azərbaycanda isə bu qıtlıq artıq iki rübdür ki, aradan qaldırılıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi statistikasına əsasən, 2016-cı ilin II rübündə tədiyə balansı 18 mln. dollar, III rübündə isə 63 mln. dollarlıq profisitlə tamamlanıb. Yəni, ölkənin valyuta ehtiyatları III rübdə 63 mln. dollar artıb.
"Tam üzən məzənnə"yə keçid baş tutarsa, Azərbaycanın idxalı bir qədər də azalacaq və tədiyə balansının profisiti neftin cari qiyməti sabit qalmaq şərti ilə artmağa davam edəcək.
Lakin bu, ölkədə ticarət fəallığının zəifləməsinə, iş adamlarının valyuta məzənnəsi ilə bağlı düzgün proqnoz verə bilməməsi nəticəsində durğunluq mərhələsinə gətirib çıxaracaq. Nəticədə, iş yerlərinin sayı azalacaq, icarə haqları və ticarət obyektlərinin qiyməti aşağı düşəcək.
Neftin cari qiyməti ilə dolların məzənnəsinin 2,00 AZN/USD səviyyəsi hazırda məqbul sayılır.
Bu səviyyədə məzənnəni sabitləşdirməklə iqtisadiyyatın yenidən aktivləşməsinə, yerli valyutada kreditləşmənin bərpasına nail olmaq mümkündür.
Neft qiymətlərinin azalması durumunda isə yenidən məzənnənin korreksiyası gündəmə gələ bilər. Belə ki, "tam üzən məzənnə" rejimi tətbiq olunsa, onsuz da neft qiymətlərinin azalması manatın devalvasiyasını sürətləndirəcək.

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes