İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, ilin son günləri, xüsusən də dekabrın 31-də dolların manata münasibətdə məzənnəsinin nə qədər olacağı Mərkəzi Bankın keçirdiyi siyasətdən asılı olacaq:
"İlin sonu üçün müxtəlif iqtisadi ssenarilər var, ya Mərkəzi Bank mövcud siyasəti davam etdirəcək, ya da ki, hər hansı bir dəyişiklik edəcək. İlin sonunda məzənnənin 1.92-1.93 arasında dəyişməsi gözləniləndir. Artıq valyuta bazarında bu hal müşahidə edilir".
Banklarda rəsmi məzənnənin 1.83 manat olduğunu söyləyən iqtisadçı vurğulayıb ki, "qara bazar"da bu qiymət 1.94 və 1.95 manat arasında dəyişir: "Çox az sayda bank dolların satışını həyata keçirir. Bu da müəyyən limit əsasında olur. Bank hər adama yalnız 100 dollar sata bilər. Keçirilən hərraclarda manatın dollara nisbətdə mövqeyini itirməsi müşahidə edilir.
Faktiki olaraq bu gedişat yeni ildə hansı məzənnənin qüvvədə olacağını müzakirə predmetinə çevirmir. İlin sonuna doğru artıq iki hərrac qalıb. Mövcud siyasət davam etdiriləcəksə, növbəti ildə manat dollara nisbətdə mərhələli şəkildə aşağı düşəcək. Yaxud da tam əksinə ola bilər, ilin son günləri Mərkəzi Bank liberal siyasətə keçirərək məzənnə siyasətində dəyişiklik edə bilər".
Yorum Gönder