SON XƏBƏRLƏR

AzeriNews TV

16 Ocak 2017 Pazartesi

ABŞ prezidentinin Bakıdakı binasından adı sökülür - FOTO

 
Bakının Nəsimi rayonunda yerləşən məşhur "Trump Tower” otelin adı sökülür.

"Qafqazinfo”nun məlumatına görə, söküntü işləri hazırda davam edir. 33 mərtəbəli yelkənə bənzər göydələnin özünün sökülüb-sökülməyəcəyi barədə hələ məlumat yoxdur. Otelin tikinti işləri ötən il yekunlaşsa da, onun fəaliyyət göstərməsi ilə bağlı informasiya verilməyib.

Qeyd edək ki, ötən ilin sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi. Trump Organisation şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini "ev təmizliyi" adlandırmışdı.

Xatırladaq ki, bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti - təsisçisi Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus "Qarant” holdinqdir.
 



Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes