"Azercell”in əsas təsisçisi "Telia Company” Azərbaycandakı fəaliyyətini məhdudlaşdırıb. Şirkət bu barədə 2016-cı illə bağlı illik hesabatında bildirib.
Hesabatda deyilir ki, "Telia Company” Avrasiya məkanında (Qazaxıstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Gürcüstan, Moldova və Nepal) fəaliyyətini məhdudlaşdırmaq və bir müddət sonra regionu tərk etmək qərarını verib.
Şirkət bunu həmin bazarlarda hökumət müdaxilələri, səhmdarların öz öhdəliklərini yerinə yetirməsini əngəlləyən səbəblərlə izah edib. "Telia Company” öz payını Azərbaycanda kimə satdığını açıqlamasa da, "ölkə.az” saytı onun öz payını "PaşaHoldinq”ə satdığını yazıb.
AzadlıqRadiosu məsələ ilə bağlı "Telia Company”yə sorğu ünvanlayıb. Həftəsonu olduğundan "Paşa Holdinq” və "Azercell”lə əlaqə saxlamaq mümkün olmayıb.
"Azercell” şirkəti rəsmi saytında şirkət barədə məlumatını yeniləməyib. Şirkət özü barədə məlumatda bildirir ki, hazırkı 100% sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş," şirkətidir.
Yorum Gönder