Yasamal yaşayış kompleksi - MAKET
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tikiləcək evlər Bakıda əmlak bazarına ciddi təsir edərək qiymətləri salacaq.
İstiPress-ə müsahibəsində bu barədə əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirib. Fikirlərini dekabr ayında təsdiq edilmiş “Uyğun qiymətə mənzil təminatının inkişafı üzrə yol xəritəsi” ilə əsaslandıran ekspert bildirib:
“Yol xəritəsində ildə 3 min yeni mənzilin tikiləcəyi vurğulanır. Həmçinin bunun mənzil bazarının 10 faizi olduğu bildirilir, yəni mənzil bazarının toplam həcmi 30 min göstərilir. Əslində isə ilkin mənzil bazarı ilə müqayisə etmək daha əlverişli olar. İl ərzində istifadəyə 16 min yeni mənzil verilib. Yəni ilkin mənzil bazarının hardasa 20 faizi MİDA tərəfindən tikiləcək. Bu isə bazara ciddi təsir edəcək”.
Rəşad Əliyevin fikrincə, MİDA tərəfindən tikiləcək evlər istənilən halda başqa evlərdən ucuz olacaq və müştərilər bu evlərə daha çox meyl edəcəklər: “Birincisi, bu evlər kiçik metrajladır və mənzilin sahəsinin iç divarlardan hesablanması istər-istəməz bu evləri daha ucuz edəəck və onlara meyli artıracaq. Qiyməti nisbətən aşağı salan başqa amillər isə evlərin dövlət ərazisində tikilməsi, həmçinin MİDA-nın işə girməsi ilə bir sıra qeyri-rəsmi xərclərin aradan qaldırılması olacaq”.
Əmlak ekspertinin fikrincə, potensial alıcılar içində bu evləri nağd pula almağı gözləyən xeyli adam var: «Ayda 200-300 manat maaş alan çox sayda adam var ki, onlar ipoteka yolu ilə bu evləri ala bilməsələr də, nağd ala biləcəklər. Nizamnamədə də MİDA-nın evlərinin bir qisminin nağd yolla satılmasına icazə var».
Bu fikir MİDA-dan İstiPress-ə verilən məlumatda da vurğulanır. Məlumata görə, dekabr Bakının Yasamal massivində Qanlı gölün sahilində əsası qoyulmuş 1854 mənzildən 301-i bir otaqlı, 1110-u iki otaqlı, 443-ü isə üç otaqlı olacaq. Bir otaqlı mənzilin sahəsi 31-33 kv. m, iki otaqlınınkı 50-58 kv. m, üç otaqlınınkı isə 70 kv. m-ə yaxın olacaq. Bütün mənzillər tam təmir ediləcək və mətbəx mebeli ilə təchiz ediləcək. Mənzillərin sahəsi iç divarlardan ölçüldüyündən bu, avtomatik 20 faiz ucuzlaşma yaradacaq.
Binaların çox yüksək olmaması da müştəriləri xüsusi cəlb edəcək. Belə ki,masivdə tikiləcək 29 yaşayış binasının 12-si bir bloklu 12 mərtəbəli bina, 17-si isə iki bloklu 9 mərtəbəli bina olacaq. Yəni mənzillərin çoxu 9 mərtəbəli binalarda yerləşəcək. Kompleksin böyük hissəsinin tikinti üçün yox, yaşayış üçün komfortlu şərait yaradılmasına ayrılması da müştəriləri cəlb edən amilə çevriləcək. Layihəyə görə, ərazinin yalnız 25%-də binalar tikiləcək, 75% isə yaşıllıq, yollar, həyət üçün ayrılacaq.
Bundan başqa, şəhərciyin ərazisində 960 yerlik məktəb və 240 yerlik uşaq bağçası tikilicək. Bəzi binaların altında sosial və təsərrüfat obyektləri üçün qeyri-yaşayış sahələri olacaq. Bundan başqa, ticarət mərkəzi üçün də ərazi ayrılıb.
Zığ- Hava limanı yolu ilə Hövsan qəsəbəsi arasında tikiləcək 4000 mənzillik ikinci kompleks də eyni şəraitə malik olacaq. Yəni bu komplekslərdə rahat yaşamaq üçün gözəl şərait olacaq. Bu da həmin evləri alıcılar arasında daha da populyarlaşdıracaq.
MİDA-nın direktoru Samir Nuriyevin sözlərinə görə, bu evləri kreditə də almaq əlverişli olacaq: «Sosial ipoteka üzrə 30 illik krediti istifadə etməklə 1 otaqlı mənzil üçün aylıq ödəniş 130-150 manatı, 2 otaqlı mənzil üçün 200-250 manatı, 3 otaqlı mənzil üçünsə 300-350 manatı keçməyəcək».
Mənzillər kreditə sosial ipoteka şərtləri ilə, yəni ilknn ödəniş 15% olmaqla illik 4%-lə 30 illiyinə veriləcək. Beləliklə, ayda 500 manat maaşı olan və 5 min manat ilkin ödəniş vermək imkanı olan gənc ailə ayda təxminən 130 manat ödəməklə mənzilə sahib ola biləcək. Bu, indiki zəmanədə çox əlverişli variantdır. Çünki yaxınlıqdakı Yeni Yasamal masivində mənzil kirayələri 250 manatdan başlayır.
Beləliklə, sosial mənzillərin tikintisi və ya sosial ipotekaya verilməsi ilkin bazardan xeyli vəsaiti çıxaracaq. Sosial ipoteka şərtlərinə görə, bu evlərin müəyyən müddət kirayəyə verilməsi və ya satılması qadağan edildiyindən həmin vəsaitin təkrar və ilkin bazara dönməsi qeyri mümkün olacaq. Nəticədə, Bakıda mənzillərin qiyməti müştərilər üçün əlverişli səviyyəyə düşəcək.
Lakin bu, tikinti sektoruna heç bir ziyan vurmayacaq və əksinə canlanma yaradacaq. MİDA-nın direktoru Samir Nuriyevin sözlərinə görə, sosial binaların inşasına başlanılması tikinti materialları sektorunda ciddi canlanma yaradacaq: «Son 10 ildə bizdə bu sahədə çox sayda zavodlar tikilib. Bizim hesablamalar göstərir ki, güzəştli mənzil tikintisi zamanı biz 80-90% yerli tikinti materiallarından istifadə edə bilərik».
Həmçinin sosial mənzillərin inşası nəticəsində tikinti şirkətlərinə böyük sifarişlər veriləcək: «İlkin öhdəlik çərçivəsində bu sahədə 2020-ci ilə kimi 10 min iş yeri yaradılması nəzərdə tutulur. Bütünlükdə, güzəştli mənzil tikintisi proqramının gerçəkləşdirilməsi 2020-ci ilə kimi ümumi daxili məhsulun (ÜDM) 250 milyon manat artmasına səbəb olacaq».
İndi, sadəcə, ev almaq istəyənlərin müraciət etməsi qalır. Bu isə 1 may 2017-ci il tarixdən mümkün olacaq. Həmin tarixdən «Elektron hökumət» portalında «Güzəştli mənzil» elektron sistemi işə başlayacaq. Vətəndaşlar bunun üçün «ASAN xidmət»ə müraciət edərək qeydiyyata düşə biləcəklər. Vəssalam.
Salam, bir insanın qənaət edilməsi vacibdir. donorun həyatına təhlükə yoxdur, əgər o, tibbi müalicənin verdiyi göstərişləri yerinə yetirirsə. biz böyrək satın almırıq, yalnız böyrək donorlarını əvəz edirik.
YanıtlaSilHal-hazırda 3 ciddi donor lazımdır, hər biri 750.000,00 $ ilə kompensasiya olunacaq. etibarlı bir beynəlxalq pasportla müraciət edin. Əlaqə e-poçt: prof.johankidney@consultant.com