Xatırlayırsınızda, bir neçə gün öncə ölkədə manatın xarici valyutaya nisbətən möhkəmlənəcəyi ilə bağlı xəbər vermişdik.
Məlumata görə, son günlər ölkədə dolların zəifləməsi halları müşahidə olunur. 1 ay öncə 1,95 AZN-ə təklif olunan dollar, bugün 1,60 AZN-ə satılır. Ölkənin aparıcı banklarından birinin əməkdaşı Asif Əfəndiyevin CNNBaku-ya verdiyi məlumata görə, may ayından etibarən 1 dolların 1 azn-ə bərabər olacağı gözlənilir.
Artıq bu proqnoz reallaşmağa başlayır. Beləki, son günlər dollar daha da ucuzlaşır. Bu isə bir sıra məhsulların qiymətinin aşağı düşməsi ilə nəticələnib. Bir çox məhsullarda qiymət düşüşü müşahidə olunmaqdadır. Bankir Asif Əfəndiyev deyir ki, bu gedişlə 1 dollar 1 manata bərabər olacaq.
“Gələn aydan ucuzlaşmanın bu şəkildə gedəcəyini görə bilərik. Ölkəmizə turist axını artıb, bu da bazara valyutanın daxil olması deməkdir. Bu ilin birinci rübündə turistlərin ölkəmizə səfərləri 25 faiz artmışdır Məntiqlə dollar da ucuzlaşmalıdır. Bu isə xüsusən ərzaq məhsullarının ucuzlaşmasına gətirib çıxaracaq”
Yorum Gönder