İslamazeri.com “Mepanorama”-ya istinadən xəbər verir ki, Səud rejiminin vəliəhdi Məhəmməd bin Nayif Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd Ali-Xəlifəyə xəbərdarlıq edib.
Səud şahzadəsinin bu barədə yazdığı məktub Bəhreyndə olan səfir Abdullah Ali-Şeyx tərəfindən Bəhreynli nazirə çatıdırlıb.
Xalid bin Əhmədin İranla müsbət əlaqələr qurulmasıyla bağlı fikirlərinə münasibət bildirən Səud vəliəhdi onu qınayaraq deyib: “Bu cür qərar qəbulu onların səlahiyyətlərindən kənardır. Bəhreyn bu barədə Ərəbistanın diktə etdiyi siyasətə əməl etməlidir. İranla barışıq cəhdlərinə davam etsəniz postunuzdan kənarlaşdırılacaqsınız. Çünki ABŞ-ın bölgədə olan siyasəti buna qarşıdır. Biz hamımız ABŞ-ın bugünkü siyasətinə tabe olmalıyıq.”
Bəhreynin İranla yaxınlaşma ehtimalının ardınca Səudiyyədən sərt XƏBƏRDARLIQ
Yorum Gönder