ABŞ dolları
Bakıya gələn pullar gözlənildiyindən xeyli artıq olub
SOCAR bu il neft hasilatını 43 min 800 ton və qaz hasilatını 3,65 milyon kubmetr artıracaq.
İstiPress-in məlumatına görə, bu barədə “Oilprice.com”da yazılmış “Azerbaican’s SOCAR Boosts Oil, Gas Output In Caspian Sea” məqaləsində bildirilir.
Beləliklə, SOCAR gündəlik hasilatı sutkada təxminən min barrelə qədər artıracaq. Birinci rübdə Azərbaycanda neft hasilatı təxminən 100 min barrelə yaxın azalıb. Energetika Nazirliyinin məlumatına görə, mart ayında Azərbaycanın neft hasilatı 733 min barrel təşkil edib. Ötən ilin oktyabr ayında isə Azərbaycanda neft hasilatı 830 min barrel təşkil edib. Düzdür, OPEK ölkələrinin neft hasilatın məhdudlaşdırmaq barədə qərarının dəstəklənməsi çərçivəsində Azərbaycan neft hasilatını 35 min barrel azaltmalı idi. Yəni ortada 60 min barreldən çox bir fərq var.
Lakin buna baxmayaraq Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban SOCAR-ın hasilatı artırma fəaliyyətini müsbət qiymətləndirib:
“Azərbaycanın neft gəlirləri iki amildən - dünya neftin bazarlarındakı qiymətindən və neft hasilatının həcmindən asılıdır. Birinci rübdə dünya bazarlarında neftin qiyməti yetərincə yüksək olub və Azərbaycan 2016-cı ilin birinci rübü ilə müqayisədə 423 milyon dollar çox neft gəliri əldə edib, Dövlət Neft Fonduna 1,62 milyard dollar vəsait daxil olub”
Ekspertin fikrincə, bu il gəlirlər azala bilər: “Birinci rübdə neftin barrelinin qiyməti 55 dollar ətrafında dəyişib. Bundan sonra qiymətin necə olacağı bilinmir, hazırda 50 dollara yaxınlaşır. Buna görə, hasilatın artırılması təqdirə layiqdir” .
İlham Şaban bu çərçivədə SOCAR-ın daima hərəkətdə olduğunu vurğulayır:
“Şirkətdən bununla bağlı daima yeni xəbərlər gəlir. Ya yeni quyu qazırlar, ya da köhnələri bərpa edirlər. Bu, çox müsbətdir”.
Yorum Gönder