SON XƏBƏRLƏR

AzeriNews TV

23 Nisan 2017 Pazar

İsrail Suriya ordusuna zərbə endirdi

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İsrail rejiminin aviasiyası Kunəytra əyalətinin Suriya ordusunun Xan-Ərnəba rayonundakı mövqelərinə raket zərbəsi endirib.
İsrail rejiminin düşmən təyyarələri saat 18.45 radələrində işğal edilmiş ərazilərdən bizim ordunun mövqelərindən birinə 2 raket zərbəsi endirib.”, - deyə Suriya ordusundakı mənbədən bildiriblər.
Orduya maddi zərər dəyib.
Məlumata əsasən, zərbə, suriyalı hərbçilər Kunəytra yaxınlığında terrorçuların hücumlarını dəf edən zaman endirilib. “Bu  hərəkətlər bizim silahlı qüvvələrimizin terror qruplaşmalarına qarşı mübarizəsini dayandırmayacaq. Həmin terror qruplaşmaları İsrail rejiminə yaxındırlar.

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes