AzeriNews TV-nin “Farsnews və İslamazeri.com”-a istinadən verdiyi xəbərə görə, ABŞ-ın silahlı qüvvələrinin ümumi qərargah rəisi Vaşinqtonun hədəflərindən birinin İranın bölgədə olan nüfuzunun aradan getməsi olduğunu bildirib. Bu barədə açıqlama verən general Cozef Danford bildirib: “Mən İranın rəftarlarında bir dəyişiklik görmürəm. İran İnqilabının Keşikçilər qüvvələri İraq və Suriyada güc əldə etmək üçün çalışır və Livanda “Hizbullah”-ın əli ilə mübarizələrinə də davam edir. İranın Yəmənə verdiyi dəstək bizim ziyanımızadır və bu ölkə bizim İsrail və İordaniyada olan mənafelərimiz üçün təhlükədir. Bu səbəbdən bizim əsas hədəfimiz, bu ölkənin nüfuzunun azalmasıdır.”
ABŞ-ın silahlı qüvvələrinin ümumi qərargah rəisi: Hədəfimiz İranın...
Yorum Gönder